BAKI, 16 yanvar. TELEQRAF
Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyası üçün ilk iclası keçirilir.
Teleqraf xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.
Bunlar Milli Məclisin 2025-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsində görülən işlər barədə hesabat və komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsidir.
Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyasının ilk iclasında komitənin sədri Siyavuş Novruzov deyib ki, parlamentin 2025-ci ilin payız sessiyası dövründə Regional məsələlər komitəsi tərəfindən 5-i onlayn olmaqla 7 iclas keçirilib: "Bu dövr ərzində komitə tərəfindən 22 qanun layihəsinə baxılıb və plenar iclasına tövsiyə edilib".
Komitə sədri bildirib ki, qeyd olunan qanun layihələrinin Milli Məclisi tərəfindən qəbul olunub: “Hesabat dövrü ərzində Regional məsələlər komitəsi aidiyyəti beynəlxalq təşkilatlar, müvafiq dövlət orqanları və Milli Məclis Aparatının əlaqədar şöbələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində səmərəli fəaliyyət göstərib”.
Siyavuş Novruzov vurğulayıb ki, Milli Məclisin Aparatında vətəndaşların qəbulu cədvəli üzrə 4 dəfə qəbul keçirilib, qəbul zamanı 38 vətəndaşın müraciətinə baxılıb. Həmçinin, 12 vətəndaşın müraciətinə qəbul cədvəlindən əlavə baxış keçirilib”.