BAKI, 16 yanvar. TELEQRAF

Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi və gender bərabərliyi mövzularına həsr edilən dinləmələr keçiriləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planına daxil edilib.

Qeyd edilib ki, dinləmələrin məqsədi sözügedən istiqamətlərdə mövcud vəziyyətin qiymətləndirilməsidir.