BAKI, 16 yanvar. TELEQRAF

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün ilk iclası keçirilir.

Teleqraf xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

Bunlar Milli Məclisin 2025-ci ilin payız sessiyası dövründə Ailə, qadın və uşaq məsələləri komitəsində görülən işlər barədə hesabatı və 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsidir.