BAKI, 10 sentyabr. TELEQRAF

"Ölkədə turizmin inkişafına mane olan məsələlərin araşdırılmasına ehtiyac var".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Onun fikrincə, bu istiqamətdə müvafiq araşdırmaların aparılıb problemlərin aradan qaldırılması ilə bağlı işlər görülməlidir: “Müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi də mümkündür”.