BAKI, 10 sentyabr. TELEQRAF
"Azərbaycanın statusu və imici dəyişib".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünki iclasında deputat Sevinc Fətəliyeva deyib.
O qeyd edib ki, hazırda yeni bir reallıq yaranıb: "Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra güclənən mövqeyi bunu təmin edib. Sözsüz ki, bundan sonra daha çox iş görülməlidir. “Hücum diplomatiyası”na uyğun olaraq ardıcıl işlər davam etdirilməlidir".