BAKI, 10 sentyabr. TELEQRAF

"Qarabağın və Şərqi Zəngəzurun bərpasına ABŞ şirkətləri cəlb edilə bilər".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünki iclasında deputat Elman Nəsirov deyib.

O qeyd edib ki, Amerikanın böyük təcrübəsindən və maliyyə dəstəyindən yararlana bilərik: “Mina təmizlənməsi məsələsində də Ağ Ev yardımları faydalı olar”.