BAKI, 10 sentyabr. TELEQRAF

"ABŞ-nin ştat konqresmenləri ilə də xüsusi əlaqələr yaradılmalıdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünki iclasında deputat Asim Mollazadə deyib.

O qeyd edib ki, ABŞ təkcə Vaşinqtondan ibarət deyil:

“Amerikanın bütün ştatları və onların konqresmenləri ilə sıx əməkdaşlıq etmək lazımdır. Çünki bəzən Amerikanının ayrı-ayrı ştatlarından fərqli fikirlər ortaya çıxır. Bu məsələlərə daha çox maraq göstərməliyik”.