BAKI, 30 sentyabr. TELEQRAF
Çox ağır gün, ağır bir itkidir. Cabir İmanov həmişə gülərüz, mehriban və problemsiz insan olub.
Bunu Teleqraf-a açıqlamasında "Space" televiziyasının rəhbəri Vado Korovin deyib.
"İnanıram ki, o, daim bizim xatirəmizdə qalacaq. Heç vaxt xəstələndiyini duymamışam. Çox şey bizə bəlli deyil... İnsan inana bilmir ki, sağlamlığı qorumaq üçün getdiyi idman zalında dünyasını dəyişib. Bu, çox müəmmalıdır", - deyə V.Korovin əlavə edib.