BAKI, 30 sentyabr. TELEQRAF

"Düşünürəm ki, bu gün hər bir azərbaycanlının ailəsində kədər var. Cabir İmanov illərimizin gəncliyi, dostumuz və bir vətəndaş olaraq fəxrimiz idi".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sevda Ələkbərzadə Əməkdar artist Cabir İmanov haqqında danışarkən deyib.

"Ölüm haqdır və hamımız üçün qaçılmazdır. Amma belə ani şəkildə vəfat etməsi hamımız üçün gözlənilməz oldu. Cabir çox yaxşı insan idi" - Xalq artisti bildirib.