BAKI, 22 sentyabr. TELEQRAF

Eldar Baxışın “Zaman durna köçüdür” adlı şeirlər kitabı çapdan çıxıb.

Teleqraf xəbər verir ki, kitabın tərtibçisi şair İlham Qəhrəmandır.

Kitabda Eldar Baxışın indiyə qədər çap olunan kitablarından, ev arxivindən və vaxtilə dövrü mətbuatdan götürülmüş şeirləri toplanıb.

Səkkiz bölmə və 472 səhifəlik nəşrdə şairin taleyi, Vətən sevgisi, insanların saf məhəbbəti, müasirlərinin zəngin mənəvi dünyası, azadlıq ideallarının tərənnümü, eləcə də haqsızlığa qarşı barışmaz mövqeyi öz əksini tapıb.

Kitabında şairin 197 (silsilə ilə bir yerdə 230-dan çox) şeiri, 5 poeması yer alıb. Toplunun önsöz yerində vaxtilə mərhum ədəbiyyatşünas İradə Musayevanın Eldar Baxış yaradıcılığından bəhs edən silsilə yazısı verilib.

Kitab şairin qızı Günel Baxışın maliyyə dəstəyi ilə nəşr olunub.