BAKI, 30 avqust. TELEQRAF
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırovun abidə kompleksinin inşası diqqət mərkəzindədir.
Bu barədə Teleqraf-a Milli Qəhrəmanın qızı Zümrüd Bağırova dməlumat verib.
"Atamın abidə kompleksinin layihəsi artıq hazırlanıb. Kompleksinin hazırlanmasının maliyyə məsələlərini deputat Ağalar Vəliyev üzərinə götürüb: "Kompleksin yerləşəcəyi məkan hələ müəyyənləşməyib.
Ağdamda abadlıq-quruculuq işləri bitdikdən sonra bu barədə daha dəqiq məlumat verə biləcəyik. Böyük ehtimalla komplekslə bağlı bütün işlərin yekunlaşması bərpadan sonrakı ərəfəyə nəzərdə tutulur".