BAKI, 23 may. TELEQRAF

Türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu məhkum edilib.

Teleqraf xəbər verir ki, kastinq meneceri Ayşe Barım barəsində aparılan istintaq çərçivəsində şahid qismində dindirilən aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu yalan ifadə verməkdə ittiham olunurlar.

Məhkəmə Halit Ergençə 1 il 10 ay 15 gün, Rıza Kocaoğluna isə 1 il 8 ay cəza verib.

Ancaq onlar cəzalarını həbsxanada çəkməyəcəklər. Çünki məhkəmə hökmün açıqlanmasını təxirə salıb. Türkiyə məhkəmələri adətən yüngül cəzalarda bu praktikadan istifadə edir.

Qeyd edək ki, hər iki aktyor 2013-cü ildə baş vermiş “Gəzi Parkı” hadisələrində yalan ifadə verməkdə günahlandırırlar.

Məlum hadisələrlə əlaqədar ittiham olunan Mehmet Ali Alabora xarici ölkəyə qaçıb.