BAKI, 28 aprel. TELEQRAF
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev sabah yaşadığı evdən son mənzilə yola salınacaq. Dəfn mərasimi sabah olacaq.
Bu barədə Teleqraf-a mərhumun həyat yoldaşı Nəzifə Mirzəliyeva bildirib.
Onun sözlərinə görə, Möylə Mirzəliyev sabah "Dədə Qorqud" qəbiristanlığında dəfn ediləcək.
***
12:49
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev vəfat edib.
Bu haqda Teleqraf-a mərhumun qızı Leyla Mirzəliyeva məlumat verib.
"Mən xəstəxanaya atamın yanına gəlmişdim. Atam mən gələndən sonra dünyasını dəyişdi", - L.Mirzəliyeva deyib.
Qeyd edək ki, Möylə Mirzəliyev bir müddət əvvəl Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
O, boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunmuşdu.