_(2).jpg)
BAKI, 11 aprel. TELEQRAF
"Atamın səhhətində dəyişiklik yoxdur, stabil-ağır olaraq qalır".
Bu sözləri Teleqraf-a Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin qızı Leyla Rəhimli atasının səhhəti haqqında danışarkən deyib.
"Atam hələ də reanimasiyadadır. Komadan ayılıb, amma bizimlə danışa bilmir", - Leyla Rəhimli deyib.
Qeyd edək ki, Möylə Mirzəliyev bir müddətdir Yeni Klinikada müalicə alır.
O, boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.
Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.