.jpg)
BAKI, 25 mart. TELEQRAF
"Atam süni tənəffüs aparatına qoşulub. Hələ ki, səhhətində irəliləyiş yoxdur".
Bu sözləri Teleqraf-a Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyevin qızı Leyla Rəhimli atasının səhhəti haqqında danışarkən deyib.
"Həkimlər deyirlər ki, atamın səhhəti nə yaxşıdır, nə də pis. Gün ərzində beş dəqiqə atamı görməyə icazə verilir. O zaman isə bəzən bizə reaksiya verir, bəzən isə gözlərini açmır",- deyə L.Rəhimli açıqlayıb.
Qeyd edək ki, Möylə Mirzəliyev Yeni Klinikaya yerləşdirilib. O, bir müddət əvvəl boyun fəqərələrində spinal stenoz diaqnozu ilə özəl tibb müəssisəsində transpedikulyar fiksasiya (implant) əməliyyatı olunub.
Əməliyyat sonrası xəstədə yuxarı və aşağı ətrafların iflici qeydə alındığından uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.