
BAKI, 11 mart. TELEQRAF
Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyoru Möylə Mirzəliyev Yeni Klinikada reanimasiyaya yerləşdirilib.
Bu barədə Teleqraf-a aktyorun həyat yoldaşı Nəzifə Mirzəliyeva məlumat verib.
Onun sözlərinə görə, aktyorun durumu kritikdir.
"Həyat yoldaşım fevralın 14-də Ege Hospitalda əməliyyat olunub. Boyun yırtığından əməliyyat olunan gün 10 dəqiqə kliniki ölüm keçirib. Onun hərəkəti məhdudlaşıb, ayaqları işləmir. Əməliyyatda iflic etmişdilər. Həkim and içdi və bildirdi ki, çox çətin əməliyyat idi. Yaxın günlərdə isə səhhəti pisləşdi və Yeni Klinikaya yerləşdirildi. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti kritik olaraq dəyərləndirilir",- deyə aktyorun həyat yoldaşı bildirib.