BAKI, 9 avqust. TELEQRAF

Rusiyanın Kamçatka vilayətində gün ərzində 40-dan çox afterşok qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş İdarəsi məlumat yayıb.

"Gün ərzində 43 afterşok baş verib. Yaşayış məntəqələrində onlardan yalnız biri hiss olunub", - məlumatda deyilir.