​BAKI, 18 may. TELEQRAF

"Google Chrome" brauzerində istifadəçilərin məlumatlarını oğurlamağa və hesablarını ələ keçirməyə imkan verən ciddi təhlükəsizlik boşluğu aşkar olunub.

Teleqraf xəbər verir ki, bu problem brauzerin loader adlı hissəsindəki səhvdən yaranıb.

Bu boşluq sayəsində hakerlər "OAuth" avtorizasiya nişanlarını oğurlaya bilər ki, bu da istifadəçilərin hesablarının təhlükəsizliyini riskə atır.

"Google" problemi "Chrome"un "Windows" və "Linux" üçün 136.0.7103.113, "macOS" üçün isə 136.0.7103.114 versiyalarında düzəldib. Yeni versiyanı dərhal yükləmək tövsiyə olunur.

Hələlik bu boşluğun real hücumlarda istifadə olunması barədə məlumat yoxdur.