Azərbaycanlı Rusiyada aldığı lotereyadan 100 milyon rubl (1,7 milyon manat) qazanıb.
Teleqraf.com xəbər verir ki, Azər Musayev 2023-cü ilin sentyabrında ani lotereya biletləri alıb və rekord məbləğ qazanıb.
“Əvvəlcə iki bilet seçdim. Onlar uduşsuz idi. Dedim, icazə verin, son dəfə cəhd edim. Qoruyucu təbəqəni siləndə sətirdə 5 milyon gördüm. Sevindim, daha çox yoxlamadım və bu məbləği udduğuma qərar verdim. Bileti satıcıya verəndə o da yoxladıqda məlum oldu ki, əslində 100 milyon qazanmışam. Düzünü desəm, mən buna dərhal inanmadım” - Azər Musayev bildirib.
O, mükafatı aldıqdan sonra yaxınlarına kömək edəcəyini bildirib, həm də evini təchiz etməyi və avtomobilini yeniləməyi planlaşdırır. Qalib həm də də oğluna möhtəşəm toy etmək arzusundadır.