Ulduz futbolçu Lionel Messi Fort Lauderdale sahilində 11 milyon dollar dəyərində malikanə alıb.

Teleqraf.com xəbər verir ki, okean sahilində yerləşən malikanə 8 yataq otağı, spa otağı, idman zalı və bir hovuzdan ibarətdir.

Malikanə 1988-ci ildə tikilib və 2000-ci ildə genişləndirilib.

Əvvəlki sahibi malikanəni 9 milyon dollara alıb və Messiyə 11 milyon dollara satıb.