Avqustun 23-də “Çandrayaan-3” stansiyasının eniş modulunun göyərtəsində Yerin təbii peykinə gedən Hindistanın “Praqyan” lunoxodu Ayda ilk dəfə hərəkət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb.

“Chandrayaan 3” eniş modulunu tərk edərək Ay səthində hərəkətə başlayıb” deyə kosmik agentlik sosial media səhifəsində bildirib.