
Amerikada yaşayan türk rejissor Ersen Denkin çəkdiyi "Katran" filminin qala gecəsi olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmdə Vilma Elles, Lusia Oskerova, Cihan Toraman və Yağmur Tanrısevsin rol alıb. Qalada diqqət çəkən simalardan biri 2 aylıq hamilə olan Vilma Elles olub. O, geyindiyi qırmızı paltarı ilə seçilib.
Gecənin digər gözəli Yağmur Tanrısevsin olub. Aktrisa dekolteli libası ilə fotoqrafların hədəfinə çevrilib.
Rüstəm