"Qaynanam və qaynım İstanbulda yaşayırlar. Onlar təlaş içindədirlər. Çox sarsıntı keçiriblər. Bir qohumum Adanadadır. Adı Fəriddir, həkimdir. Həyat yoldaşım onun sayəsində sağlamlığına qovuşub".

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova Türkiyədə baş verən dəhşətli zəlzələdən danışarkən deyib:

"Fərid həkim dağıntılarda olub. Canını binadan güclə xilas edib. Düzdü, bina uçmayıb, amma çatlar var. Sarsıntı keçirməsinə rəğmən həkim kimi neçə-neçə xəstələrə yardım edir. Dayanmadan gecə-gündüz çalışır.

İstanbulda yaşayan tanışlarımız zəlzələ bölgəsindəki qohumları öz evlərinə gətiriblər. Çox pis vəziyyətdir. Hadisə baş verəndən gözümün yaşı qurumayıb".