BAKI, 15 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında I turun oyunları davam edir.

Teleqraf xəbər verir ki, “Araz-Naxçıvan” mövsümün ilk matçında “İmişli”ni qəbul edib.

Qəbələ şəhər stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb - 0:0.

Qeyd edək ki, günün növbəti matçında ölkə çempionu “Sabah” “Kəpəz”lə qarşılaşır.