Türkiyəli məşhur aktrisa Selin Şekerçi Bakıda "Park Cinema Flame Towers”də Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə “Sevda mecburi istikamet” adlı türk filminin qala gecəsində iştirak edib.

Selin Şekerçi Teleqraf.com-a açıqlamasımda ölkəmiz haqqında təəssürarlarını bölüşüb:

"Bakıya ikinci dəfə gəldim. Burada "Benden ne olur?" filminin qalasında iştirak etmişəm. "Sevda mecburi istikamet” filmində isə Selçuk Yöntem və Kubilay Aka ilə çalışmaq çox gözəl idi. Ekran əsərində çox ağır xarakter canlandırmışam. Autizmli bir gənc qızın obrazını oynamışam. Aktrisa olaraq ilk dəfə belə obraz canlandırdım".