Məşhur türk aktyoru Kubilay Aka Bakıda "Park Cinema Flame Towers”də Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə “Sevda mecburi istikamet” adlı türk filminin qala gecəsində iştirak edib.
Kubilay Aka Teleqraf.com-a açıqlamasında Bakı haqqında təəssüratlarını bölüşüb:
"Bakıya ilk dəfə gəldim, şəhəri görmək maraqlı idi. Burada olmaq çox gözəldir. Şəhəri gəzərkən təəccübləndim. Hər şey yüksək səviyyədədir, çox gözəl millət və məmləkətlə tanış oldum. Şəhərin memarlığından tutmuş, insanlarımıza, qəlblərimizə qədər qardaş imişik. Bunu ilk dəfə gördüm və çox xoşbəxtəm. Bakını gəzmək üçün çox vaxtım olmadı. Amma başqa vaxt buraya yenidən bir həftəlik gəlmək istəyirəm. Bakı ilə yanaşı başqa şəhərləri də görmək istəyirəm".
Aktyor "Sevda mecburi istikamet” filmin çəkilişlərindən də danışıb: "Filmin çəkilişləri çox gözəl keçdi. Birlikdə keyfiyyətli iş ortaya çıxarmağa çalışdıq. Bizim üçün çox gözəl yolçuluq oldu, eyni zamanda Səlim bəyin Sevdaya olan yolçuluğu...Ümid edirəm ki, film izləyicilərin də xoşuna gələcək".
Aktyor yeni serialından da danışıb: "FOX TV-də yayımlanacaq yeni seriala çəkiləcəm. Başqa layihələrdən də təkliflər də var, dəyərləndirəcəm".