Azad Azərbaycan televiziyasının keçmiş prezidenti, Əməkdar jurnalist Vüqar Qaradağlının oğlu Aydın Qaradağlının nişan mərasimi baş tutub.

Teleqraf.com xəbər verir ki, Aydın Qaradağlı Lalə Bağırova adlı xanımla nişanlanıb. Nişan mərasimi paytaxt restoranlarından birində baş tutub.

Gecədə Vüqar Qaradağlı gəlinin barmağına nişan üzüyünü taxıb.

Qeyd edək ki, Vüqar Qaradağlının qızı Gültəkin də bir müddət əvvəl proqramist Tural Bədirxanlı ilə nişanlanıb. O, ABŞ-da yaşayır.