Aparıcı Ülvira Qarayeva sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Ülvira Qarayeva fəaliyyəti dayandırılan ANS telekanalından şikayət edib.

O,illər öncə çalışdığı kanal tərəfindən aldadıldığını iddia edib: "Sosial ödənişlərimi yoxladım. ANS-də işlədiyim dövrdə pensiya fonduna bir qəpik də ödənməyib. Halbuki hər maaşımdan pul kəsilirdi. Bunu mənə bir həmkarım demişdi, inanmamışdım, amma doğrudan belə imiş. Ödənişlər demək hər ay cibə gedirmiş. İllərlə soyulmuşam, yağmalanmışam, bu, azmış kimi, gələcəyimdən də oğurlanıb".

Qeyd edək ki, ANS-in rəhbəri Vahid Mustafayev olub.