Əməkdar artist Ehtiram Hüseynov ARB televiziyasında yayımlanan "Həmin Zaur" verilişində çətin anlar yaşayıb.
Pilləkəndən qalxa bilməyən və mahnı ifa edərkən yıxılmamaq üçün stuldan tutan Ehtiram Hüseynov Teleqraf.com-a açıqlamasında səhhətindən danışıb: "Müalicələrim davam edir".
Qeyd edək ki, muğam ifaçısı dağınıq sklerozdan (iltihabi xəstəlik olub baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsidir) əziyyət çəkir.