Meyxanaçı Ələkbər Yasamallı intihar edən bacısı oğlu Şamxalla bağlı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, meyxanaçı İnstaqramda bu sözləri yazıb: "30 yaşımdan 40 yaşıma kimi 10 il çox tez keçdi. Amma Şamxalsız keçən bu 3 il ağrı-acılı, mənə və ailəmizə hər saniyəsi kədər dolu 30 il kimi gəldi. Kaş ki bu sözləri sən mənim üçün yazardın, nur üzlü Şamxalım. Amma "kaş ki" deyə-deyə 3 ilin hər saniyəsi ağrılı keçdi.

Səninlə üzbəüz dayanıb dərdləşmək üçün nələr verməzdim... Sənə ancaq yaxşı şeylərdən danışardım. Sən gedəndən təəssüf ki, yaxşı nəsə olmayıb. Olubsa da bizə yaxşı kimi görsənməyib. Allah günahlarını bağışlasın, qəbrin nurla dolsun, amin".

Qeyd edək ki, 2020-ci ilin yanvarında Niftəliyev Şamxal Təbriz oğlu yaşadığı evdə özünü asıb. O, 1999-cu il təvəllüdlüdür. Şamxal Niftəliyev hərbi xidmətdən yeni qayıtmışdı.