Türkiyə kinosunun ulduzu Selçuk Yöntem Bakıya gəlir.
Teleqraf.com xəbər verir ki, Selçuk Yöntem yanvarın 19-da saat 19:00-da "Park Cinema Flame Towers"də “Sevda Mecburi İstikamet” filminin qala gecəsində iştirak edəcək.
Gecədə “Aşk-I Memnu” serialının baş rolunu ifa edən usta aktyor Selçuk Yöntem ilə yanaşı "Çukur” serialı ilə tanınan aktyor Kubilay Aka da iştirak edəcək.
Həmçinin Selin Şekerçi və Elif Ceren Balıkçı Bakıya filmin qalası üçün gələcək.
“Sevda Mecburi İstikamet” filmi yarımçıq qalan hekayəsini tamamlamaq üçün qızı ilə səyahətə çıxan məşhur aktyorun hekayəsindən bəhs edir. "Yeşilçam"ın uğurlu aktyorlarından olan Selim film çəkilişləri zamanı tanış olduğu Sevda ilə eşq yaşayır. Cütlüyün münasibəti tezliklə evliliyə çevrilir və cütlüyün Suna adlı bir qızı olur. Həyatlarında hər şey yolunda getdiyi anda, Sunaya autizm diaqnozu qoyulur. Tamamilə işinə qərq olmuş Səlimin həyatı Sevdanın xəstəlik xəbərini alanda dəyişir. Sevdanın ölümü ilə Səlim hər şeyi tərk edir və hekayəsini artıq yetkin olan qızı Suna ilə tamamlamağa çalışır.
Qala gecəsi Yunus Əmrə İnstitunun Bakı nümayəndələyinin dəstəyi ilə baş tutacaq.