Türkiyəli müğənni və model Seçil Çiftçi keçmiş sevgilisi Semih Sevimi öldürüb.

Teleqraf.com xəbər verir ki, model keçmiş sevgilisinin onu narahat etdiyini və mübahisə edərkən qətlə yetirdiyini bildirib.

O, stulun dəmir ayağı ilə keçmiş sevgilisinə dəfələrlə zərbə endirib. Daha sonra atası ilə cəsədi meşədə basdırıb.

Cəsəd göbələk toplamağa çıxan bir ailə tərəfindən tapılıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.