Əməkdar artist Aşıq Samirə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun "Səs Azərbaycan" yarışmasına qatılan həyat yoldaş Aysel İbrahimovanın onun haqqında bildirdiyi fikirlərinə münasibət bildirib.

Aşıq Samirə Teleqraf.com-a açıqlamasında Aysel İbrahimovaya cavab verib: “Bu, yarışma ilə bağlıdır. Normal haldır, hər kəs razı qala bilməz. Lazımsız söz-söhbətlərdir. Növbəti mərhələdə efirdə özünüz hər şeyi görəcəksiniz".

Aşıq Samirə "Aysel İbrahimovanın"Səs Azərbaycan" yarışmasında sizi seçməsi və sonra həyat yoldaşı Hüseyn Məhəmmədoğlunun "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" sözlərini dəstəkləməsini necə qarşılayırsınız" sualına isə "Kiməsə qalmaqal lazımdırsa, qoy danışsın. Söz azadlığıdır. Mənim sənətə fayda verəcək vacib işlərim var",-deyə cavab verib.

Qeyd edək ki, Aysel İbrahimova sosial şəbəkədə video paylaşaraq həyat yoldaşı Hüseyn Məhəmmədoğlunu dəstəkləyib: "Hüseynin statusundan sonra bir çoxlarınız deyirsiniz ki, niyə Aşıq Samirəni seçdi? Aşıq Samirəni ona görə seçmədim ki, o, böyük sənətkardır. Böyük sənətkara qalsa, orada Gülyaz Məmmədova var idi. Gözümü açandan Gülyaz və Gülyanaq bacılarını səhnədə görmüşəm. Onların professionla ifalarını dinləmişəm. Sənətkarlığa qalanda mən Gülyaz Məmmədovanı seçərdim.

Aşıq Samirəni seçməyimin bir səbəbi var idi, o da Hüseynin dostu idi. Bəli, "idi". Sırf buna görə onu seçdim. Ola bilər ki, siz indi dediklərimi anlamayacaqsınız. Amma gələn həftələrdə, ayda, gündə söylədiklərim hər birinizə aydın olacaq.

Gələk, Hüseynin yazdığı statusa. Həmişəki kimi emosional çıxış edib. Bunu artıq hər kəs bilir. Amma bu insanın dediklərində həqiqət var. Aşıq musiqisini ifa edən insan estrada ifaçısı haqqında düzgün qərar, rəy bildirə bilməz. Eləcə də estrada ifaçısı aşıq sənəti haqqında heç nə deyə bilməz. Burada nə var ki? Bu açıq-aşkar ortadadır. Hüseynin fikirlərinə gəlincə mənə də sübut oldu ki, doğrudan da, bu belədir. Gərək hərə öz janrında olan insandan düzgün fikir alsın".