Türkiyəli aktrisa Farah Zeynep Abdullah "Aşk-ı Memnu" filminə çəkiləcək.

Teleqraf.com xəbər verir ki, Farah Zeynep Abdullah filmdə Bihter obrazını canlandıracaq.

Dijital platformada yayımlanacaq ekran əsərində hadisələr 1900-cü illərdə cərəyan edir. Filmin hazırlıqlarına başlanılıb. Ekran əsərinin yayım tarixi açıqlanmayıb.

Qeyd edək ki, 2008-2010-cu illərdə "Aşk-ı Memnu" serialı çəkilib. Ekran əsərində Kıvanç Tatlıtuğ və Beren Saat oynayıb.