Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Ümid ilə gəl” verilişində xərçəngdən əziyyət çəkən əməkdar artist Gülbahar Şükürlünün xaricdə müalicəsi üçün qızıllarını, mənzilini, bağ evini satdığını deyib.
Teleqraf.com xəbər verir ki, Tolik əməkdar artistin bu günə qədər müalicəsinə 100 mindən çox pul xərclədiyini açıqlayıb: "Bu günə qədər müalicəsinə 100 mindən çox pul xərcləyib. Qızıllarını, evini, bağ evini satıb. Yalnız bir evi qalıb. Heç kimə ağız açmayıb”.
Gülbahar Şükürlü isə bu sözləri deyib: "Mənə Türkiyədə və Moskvada diaqnoz qoydular. Oraya həyat yoldaşımla yox, tək getmişdim. İlk iki il xəstəliyimi ailəmdən gizlətdim. Türkiyə və Moskvadakı həkimlərlə məsləhətləşib, müalicəni Bakıda alıram".