Türkiyədə fəaliyyət göstərən azərbaycanlı modelyer Rüfət İsmayıl dələduzluqla üzləşib.
Teleqraf.com xəbər verir ki, məhkəməyə müraciət edən Rüfət İsmayıl bir tikinti şirkətinə 5 milyon 250 min lirə verdiyini açıqlayıb.
Modelyer 2013-cü ildə Esenyurtda dəbdəbəli layihə üçün tikinti şirkəti ilə müqavilə imzalayıb. 158 kvadratmetrlik mənzil üçün modelyerdən 280 min dollar istənilib.
Modelyer məbləğin bir qismini ödəmək üçün Azərbaycandakı evini də satıb. Bütün pulunu şirkətə verən İsmayıl daha sonra gözləməyə başlayıb. 2015-ci ildə təhvil veriləcəyi vəd olunan mənzildən bir soraq çıxmayıb.
Modelyer davamlı olaraq müxtəlif bəhanələrlə qarşılaşıb. Tikinti şirkəti iflas edib.
Məhkəməyə müraciət edən modelyer deyib: "Hər iki evimdən oldum. Artıq iki ölkədən heç birində evim yoxdur. Haqqımı sona qədər qoruyacam".