"Bu şəhərdə" komandasının aktyoru, əməkdar artist Rafael İsgəndərovun adına "TikTok" platformasında saxta səhifə açılıb.

Teleqraf.com xəbər verir ki, Rafael İsgəndərov bu haqda İnstaqramda hekayə bölümündə məlumat verib:

"TikTok" səhifəsi mənə aid deyil. Xahiş edirəm, mümkün qədər akkaunta şikayət atın ki, "TikTok"dan silinsin. Lazım olanda öz istəyimlə səhifə açaram".