Türkiyənin məşhur azərbaycanlı aktrisası Nəsrin Cavadzadə doğum günündə ev aldığı iddiaları yayılıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb Nəsrin sosial şəbəkə hesabında paylaşımı ilə əlaqədardır.
Nəsrin Cavadzadə masa üzərində olan şərab və meyvənin fotosunu çəkib “yeni evimdə ilk bayram” sözlərini yazıb. İstifadəçilər məkanın yeni ev olduğunu zənn ediblər.
Qeyd edək ki, bir neçə ay əvvəl Nəsrin Cavadzadə reklam çəkilişlərinin birində iştirak etmək üçün həm Bakıya, həm də Şuşaya yol almışdı.