BAKI, 16 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin gələn həftə İsrailə səfər edəcəyi gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail hökumətindəki mənbə məlumat verib.

Mənbə Kuşnerin səfəri ilə bağlı sualı cavablandırarkən “Kuşner məsələsində cavab bəlidir” deyə bildirib.

Qeyd olunur ki, Kuşnerin səfərinin yaxın günlərdə, gələn həftə baş tutması gözlənilir.