Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva oğlu Cihangirlə Çeşmədə istirahətinə davam edir.

Teleqraf.com xəbər verir ki, Günay Musayeva Türkiyə mətbuatına açıqlamasında hər il Çeşməyə istirahətə gəldiyini bildirib.

O, media nümayəndəsinin "Bodrum, yoxsa Çeşmə?" sualına belə cavab verib: "Çeşmə deyirəm. Buraya gəlmədən özümü istirahət etmiş hesab etmirəm. Bayramlarda, Yeni il və sevgililər günündə İstanbulda olmağı sevirəm. Çünki o zaman hər kəs tətilə gedir və İstanbul boş qalır".