İş adamı Rza Zərrab keçmiş həyat yoldaşı, məşhur müğənni Ebru Gündeşi məhkəməyə verib.
Teleqraf.com xəbər verir ki, buna səbəb Zərrabın 10 yaşlı qızını Ebru Gündeşin əlindən almaq istəməsidir.
10 yaşlı qızı Alaranın vəlayətini istəyən iş adamı Beykoz ikinci Ailə Məhkəməsindən də iclasların gizli keçirilməsini istəyib.
Qeyd edək ki, 2016-cı ildə çirkli pulların yuyulması ittihamı ilə ABŞ-da həbs olunan, etirafından sonra sərbəst buraxılan Rza Zərrab hazırda Mayamidə başqa adla yaşayır.