BAKI, 17 avqust. TELEQRAF

Azərbaycan Premyer Liqasında I tura bu gün yekun vurulacaq.

Teleqraf xəbər verir ki, turun son oyununda “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Görüşün baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona yan xətt hakimləri Teymur Teymurov və Şirməmməd Məmmədov kömək edəcəklər. VAR hakimi İnqilab Məmmədov, AVAR hakimi isə Kərim Zeynalov olacaq.

Hakim-inspektor funksiyasını Ceyhun Haşımov yerinə yetirəcək.