Müğənni Ayan Babakişiyeva MTV Azərbaycan kanalında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Ayan Babakişiyeva aparıcı Samir Bayramlının "Deyirlər ki, Ayan Babakişiyevanın o qədər pulu yoxdur. Hamısı şou-biznesdə göstəriş üçündür" sualını belə cavablandırıb:

"Kiminsə düşüncəsini dəyişmək fikrində deyiləm. Buna məcburiyyətim yoxdur. Əgər hər dəfə sosial şəbəkədə paylaşım edəndə, yaxud istirahətdən nəsə paylaşanda deyirlər ki, bunun pulu hardandır?! Ona görə də deyirlərsə ki, pulu yoxdur, buna da fikir vermirəm. Biznesim var, ağıllı insanam, düşünürəm ki, müğənnilikdə durğunluq da ola bilər. Təbii ki, müğənnilik gəlirli sənətdir. Dərrakəli insan olaraq düşünürəm ki, başqa bir səmtə də yönəliməliyəm və biznes qurmalıyam. Mənim də o qədər yatırımım batıb ki. Bu demək deyil ki, bizneslə hər şeyi düzəltmişəm. Gəncədə gəlinlik biznesim iflas etdi, orada yüz minlərim batdı".