Netflix-də yayımlanan "Cheer" serialının ulduzu Cerri Harris uşaqlara qarşı zorakılıq və yetkinlik yaşına çatmayanlara qarşı cinsi təcavüzdə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com xəbər verir ki, o, yeniyetmə oğlanları və qızları ona açıq-saçıq foto və videolarını göndərməyə məcbur edib.

arris 2018-ci ilin dekabrından 2020-ci ilin martına qədər sosial şəbəkələrdə tanış olduğu uşaqlardan seksual xarakterli video və fotolar aldığını qəbul edib və məhkəmə zalında qurbanlarından üzr istəyib:

“Sizə verdiyim bütün travmalara görə çox təəssüflənirəm. Ruhumun dərinliyində dua edirəm ki, əziyyətiniz bitsin. Pis adam deyiləm. Hələ də kim olduğumu və məqsədimin nə olduğunu öyrənirəm”.