Müğənni Riki Martin məişət zorakılığında ittiham olunur.

Teleqraf.com xəbər verir ki, ulduz müğənninin keçmiş sevgilisi məhkəməyə müraciət edib.

İspaniya mətbuatının məlumatına görə, ilk dinləmələr iyulun 21-də keçiriləcək.
Jurnalistlərin əldə etdiyi sənədlərdə deyilir ki, Riki Martin və zərərçəkən təxminən 7 aya yaxın birlikdə olublar və iki ay əvvəl ayrılıblar. Amma zərərçəkənin adı açıqlanmır.

Xatırladaq ki, Martin 2010-cu il martın 29-da rəsmi internet səhifəsində homoseksual olduğunu bəyan edib.

Rikki Martin beş ildir ki, Cvan Yoseflə evlidir. Onarın surroqat anadan bir qız övladı da oldu.