Xalq artisti Nazpəri Dostəliyeva bir neçə gün əvvəl 41 yaşında ürəkçatışmazlığından dünyasını dəyişən oğlu Əli Quliyevin görüntülərini sosial şəbəkədə paylaşıb.

Teleqraf.com xəbər verir ki, Nazpəri Dostəliyeva oğlu haqqında bu sözləri qeyd edib:

"Məkanın cənnət olsun, Əli balam. Nə qədər yansam da bir təsəllim var, şəhid analarından artıq deyiləm. Övlad itirən valideynlər, Allah bizə səbr versin. Bu ağır günümdə yanımda olan dostlarım, əzizlərim, Allah hər birinizdən razı olsun".