Xalq artisti Röya Ayxan küsülü olduğu həmkarları Nigar Camal və Rəhim Rəhimliyə jest edib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan instaqramda hekayə bölümündə Nigar Camal və Faiq Ağayevin qonaq oduğu “Söhbət var” verilişindən qısa hissə paylaşaraq Nigar Camal və Rəhim Rəhimlini işarələyib.
Həmkarları Röya Ayxana reaksiya verməyiblər.
Verilişdə Dilarə Əliyeva Röya Ayxanın avtomobilinin nömrəsini təqdim edib və “Bu nömrə kimindir və Rəhim Rəhimli ilə də dostdur” sualını xalq artisti Faiq Ağayevə ünvanlayıb.
Prodüser Tarix (Tolik) Əliyev bir müddət əvvəl Röya Ayxan ilə Nigar Camalın barışdığını desə də onlar heç vaxt bunu göstərməyiblər. İfaçının bu addımı həmkarlarına barışıq jesti kimi qəbul edilib.
Qeyd edək ki, Röya Ayxanla Nigar Camal “Altın kelebek” mükafatlandırma gecəsində qalmaqal yaşamışdı. Həmin vaxt Nigar Röya ilə birlikdə müsahibə vermək istəməyib. Onlar arasındakı qalmaqal bundan sonra başlayıb.

