Prodüser Tarix Əliyev (Tolik) mərhum xalq artisti İlham Quliyeva haqda təəssüratlarını bölüşüb.

Teleqraf.com xəbər verir ki, o bu barədə özünün İnstaqram hesabında qeyd edib.

Tolik paylaşımında bildirib:

“Allah rəhmət etsin. Sözünü demiş sənətkar, sən bu dünyadan getdin, amma yerini tutan olmadı, istəsələr də alınmadı. Deməli, sən elə sağlığında düz deyirdin, İlhamədən olmayacaq. Doğrudan da olmadı”.

Qeyd edək ki, bu gün İlhamə Quliyevanın vəfatından 3 il keçir.