Rəqqasə Oksana Rəsulova ötən gün Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” rəqs yarışmasında finala keçib.
Alınan məlumata görə, sənətçiyə bununla əlaqədar 25 min Hindistan rupisi (təxminən 403 dollar) verilib.
Aktyorluq bacarığını nümayiş etdirən Oksana çıxışı ilə münsifləri heyran qoyub. Rəqqasənin şousunu aşağıdakı videonun 42-ci dəqiqəsindən sonra izləyə bilərsiniz.
Qeyd edək ki, Hindistanın "XEE TV"-sində həftənin şənbə və bazar günləri yayımlanan müsabiqənin finalına 12 iştirakçı qalıb. Onlardan altısı qız, altısı isə oğlandır.
/axşam.az/