TBİLİSİ, 22 aprel. TELEQRAF

Bu ilin I rübündə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 305,5 milyon ABŞ dolları təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,4% payla qonşu ölkənin ABŞ, Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın V böyük ticarət tərəfdaşı olub.

Yanvar-martda Gürcüstanın Azərbaycana ixracı 140,3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,3% çoxdur. Azərbaycan qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Qazaxıstandan sonra III yerdə qərarlaşıb.

Gürcüstanın Azərbaycandan idxalı isə illik müqayisədə 0,1% artaraq 165,1 milyon ABŞ dollarına çatıb. Azərbaycan qonşu ölkənin ABŞ, Türkiyə, Rusiya, Çin, Böyük Britaniya və Almaniyadan sonra VII əsas idxal tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi ötən ilin analoji dövrünə nisbətdə 16,1% artaraq 5,61 milyard ABŞ dolları təşkil edib. Qonşu ölkənin ixracı 5,7% artaraq 1, 40 milyard ABŞ dollarına, idxalı isə 20,1% artaraq 4,21 milyard ABŞ dollarına bərabər olub.